Modern.az

“Atletiko” Suarezin qolu ilə lider oldu

“Atletiko” Suarezin qolu ilə lider oldu

31 Dekabr 2020, 01:05

Dekabrın 30-da İspaniya La Liqasında XVI turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, turnir cədvəlinin lideri Madridin “Atletiko” klubu öz meydanında “Xetafe”ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Luiz Suarez vurub.

 

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Atletiko” turnir cədvəlinin vahid liderinə çevrilib.

 

Günün açılış matçında “Valensiya” səfərdə “Qranada”ya 1:2 hesabı ilə məğlub olub.

 

Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi