Modern.az

Azərbaycanlı aktyor Fransada vəfat etdi

Azərbaycanlı aktyor Fransada vəfat etdi

31 Dekabr 2020, 18:27

Məşhur fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn 93 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa mətbuatı xəbər yayıb.

 

Azərbaycan əsilli olduğu bildirilən aktyor bu gün koronavirusdan dünyasını dəyişib.

 

Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Aktyor vaxtilə Bakıda da səfərdə olub.

 

O, 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb. Robert Hossein “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi