Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıqlama ilə çıxış edib.
Modern.az xəbər verir ki, o, “Turan” agentlityinə 2020-ci il Dövlət Büdcəsi ilə bağlı verdiyi açıqlamanın kontekstdən çıxarıldığını bildirib. Deputat xəbər agentliyini qərəzli mövqe tutmaqda ittiham edib.
“Bugünlərdə TURAN informasiya agentliyinin müxbiri Tatyana xanım (soyismini bilmədiyimdən yaza bilmirəm) mənə zəng edərək, 2021-ci ilin Dövlət Büdcəsi ilə bağlı sualları cavablandırmağl xahiş etdi. Çox təəssüf ki, jurnalist mənim cavablarımın bəzi hissələrini kəsərək sualın cavabını konteksdən çıxarılıb. Nəticədə isə cavabları jurnalist öz marağına uyğun mətbutda yayıb. TURAN İnformasiya Agentliyin əməkdaşı olan bu jurnalistin qərəzli mövqeyini qınayır və ən qısa zamanda təkzib verməsini tələb edirəm. Çox təəssüf ki, bir qrup media saytlarında da bu məlumat TURAN İA-nin jurnalistinin mövqeyini mənim cavabım kimi təqdim edib. Hesab edirəm ki, hər bir jurnalistin peşəkalıqla bərabər obyektivliyi də onun mənəvi dəyəri olmalıdır. Mən müsahibəmdə “ ...camaat kasıb yaşamağa alışmalıdır..” ifadəsini isə ümumiyyətlə istifadə etməmişəm. Bir millət vəkili kimi ümumiyyətlə fəaliyyətimdə hər zaman sosial problemlər, mənim üçün əziz olan əhalinin həssas-sosial təbəqəsi hər zaman prioritet olub. Gələcəkdə də belə olacaqdır. Şəhid və Qazi ailələri, qaçqın və köçkünlər, əmək qabiliyyətini itirən həssas qruplar mənim üçün ən doğma problem olubdur. Milli Məclisdəki çıxışlarımda da hər zaman bunu səsləndirmişəm.”