Modern.az

Ərdoğan türkdilli ölkələrin rəhbərlərinə zəng etdi

Ərdoğan türkdilli ölkələrin rəhbərlərinə zəng etdi

Aktual

1 Yanvar 2021, 20:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında telefon danışığı baş tutub.

 

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, söhbət zamanı liderlər arasında qarşılıqlı yeni il təbrikləri olub.

 

Liderlərin telefon danışğında yeni ildə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələlərdə əməkdaşlığın gücləndirilməsində qərarlılıq vurğulanıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi