Modern.az

Fransada komendant saatı uzadıldı

Fransada komendant saatı uzadıldı

Aktual

1 Yanvar 2021, 20:49

Fransanın koronavirus pandemiyasından ən çox ziyan görən 15 departamentində komendant saatının müddəti uzadılıb.

 

Modern.az xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib.

 

Beləliklə, 2 yanvar tarixindən etibarən ölkədə komendant saatı saat 20:00-da deyil, yerli vaxtla 18:00-da başlayacaq. Bu tədbirlər əsasən Dənizkənarı Alplar, Myort və Mozel, Sona və Laura, Mozel departamentlərini əhatə edəcək.

 

“Bu, çətin bir qərardır. Bir həftə sonra 15 departamentdə genişləndirilmiş komendant saatının təsirini araşdıracağıq”, - deyə Attal “TF1” telekanalına verdiyi müsahibədə qeyd edib.

Bununla yanaşı, o, virusun yayılmaqda davam etməsi ilə əlaqədar mədəniyyət müəssisələrinin işinin bərpa olunacağını istisna edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi