Dünyanın əksər ölkələrində insanlar koronavirus (COVID-19) səbəbindən yeni ili öz evlərində sakitcə qarşılayıblar. Lakin virusun peyda olduğu Çinin Uhan şəhərində yeni il gecəsi daha təntənəli şəkildə qeyd olunub.
Modern.az xəbər verir ki, minlərlə insan şəhər mərkəzinə toplaşaraq yeni ili birlikdə qarşılayıblar.
Xatırladaq ki, hazırda dünyanı bürüyən koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən vüsət götürüb.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, dünyada COVID-19-a yoluxanların sayı 81 milyon 947 min 503 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 1 milyon 808 min 41 nəfərə çatıb.