Modern.az

Dövlət qurumları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət qurumları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

2 Yanvar 2021, 09:30

2020-ci ilin nəticələrinə əsasən, Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı 2019-ci illə müqayisədə 12,2% artaraq 4989 ədəd təşkil edib.

 

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən Modern.az-a verilən məlumata görə, ötən il ərzində mərkəzə daxil olan sorğulardan 97,1%-nə baxılıb və təmin edilib.

 

Mərkəzdən verilən məlumata əsasən, ötən il ərzində Azərbaycan internet məkanında dövlət qurumlarına aid 50 domen və 155 yeni subdomen qeydiyyatdan keçib ki, bu da bir il əvvəlki göstəriciləri müvafiq olaraq 11,1 və 44,8% üstələyir. Ötən il ərzində Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 244 hesabat təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi