Modern.az

ABŞ-da təyyarə qəzası: 3 ölü

ABŞ-da təyyarə qəzası: 3 ölü

3 Yanvar 2021, 08:36

ABŞ-ın Miçiqan ştatında təyyarə qəzaya uğrayıb. 

 

Modern.az-ın məlumatına görə, bu barədə “Detroit News” qəzetinin xəbərində bildirilib.

 

Qəzet Oklend Polis İdarəsinə əsasən məlumat yayıb ki, ilkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Onlardan biri pilot, ikisi isə sərnişin olub. 

 

Hadisə yerində yanğından mühafizə bölmələri cəlb edilib. Bildirilib ki, təyyarənin düşdüyü ərazidə bir evdə güclü yanğın baş verib. Sakinlər vaxtında evdən çıxmağı bacarıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi