Gəncədə piyada qadını avtomobil vurub.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər sakini N.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan həmyerlisi T.Orucovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.