Nigerin qərbində naməlum silahlı şəxslərin kəndlərə hücumu zamanı öldürülənlərin sayı 100 nəfərə çatıb.
Modern.az “Agency France Presse”yə istinadən xəbər verir ki, Tondikivindi kommunasının rəhbəri Almu Hassan öldürülənlərin sayının artdığını deyib.
"Çoma Banquda 70-ə yaxın, Zarumadareyedə 30 nəfər öldürülüb. Hücum zamanı həmçinin 75 nəfər xəsarət alıb",- deyə Almu Hassan bildirib.