Modern.az

Rusiya minatəmizləyənləri Azərbaycana gəldi

Rusiya minatəmizləyənləri Azərbaycana gəldi

4 Yanvar 2021, 14:40

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 minatəmizləyən işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gəlib.

 

Bunu Modern.az-a açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Nümayəndəsi Yevgeni Borisov deyib.

Onun sözlərinə görə, Rusiya FHN-in 20 minatəmizləyəni daşıyan İl-76 təyyarəsi Gəncəyə eniş edib, hazırda yüklərin boşaldılması yekunlaşıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 pirotexniki humanitar missiya çərçivəsində Ağdam rayonunda minaların təmizləmə işini həyata keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi