Modern.az

Deputatlar Qırğızıstana gedir

Deputatlar Qırğızıstana gedir

Aktual

5 Yanvar 2021, 12:44

Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də bu ölkənin paytaxtı Bişkekə səfər edəcəklər.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

 

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.

 

Səfər yanvarın 13-də başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi