Modern.az

Sonadək Azərbaycanın yanındayıq - Hulusi Akar

Sonadək Azərbaycanın yanındayıq - Hulusi Akar

Aktual

5 Yanvar 2021, 13:50

Şanlı türk ordusu yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan nümunə alaraq dost, qardaş ölkələrin rifahı və təhlükəsizliyi üçün mübarizə aparır.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini anma günü ilə əlaqədar açıqlamasında deyib.

 

O bildirib ki, Türkiyə BMT, NATO, ATƏT, eləcə də ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox ölkədə sülhə töhfə vermək üçün böyük səy göstərir.

 

Nazir Sarıqamış şəhidlərinin anım günündə Azərbaycanla münasibətdə istifadə edilən “bir millət, iki dövlət” ifadəsinin xüsusi önəmini vurğulayıb:

 

“Qardaş Azərbaycan xalqının Nargin adasında zorla saxlanılan əsgərlərimizə etdiyi yardımları da minnət və şükranla anırıq. Biz də qardaşlarımızın haqlı mübarizələrində sonadək bütün imkanlarımızla yanındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bərabərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü