Modern.az

Ermənistan Birinci Qarabağ müharibəsindən əsir və girov qaldığını ETİRAF ETMİR

Ermənistan Birinci Qarabağ müharibəsindən əsir və girov qaldığını ETİRAF ETMİR

5 Yanvar 2021, 15:22

Birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb.

Modern.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

Onun sözlərinə görə, şahid ifadələrinə əsasən, 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər bu faktları inkar edir:

"Şahidlər deyirdilər ki, ermənilər onları aparıb, geri qaytarmayıb. Biz aidiyyəti beynəlxalq qurumlar vasitəsilə Ermənistanla əlaqə saxlasaq da, onlar bunu etiraf etmədilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü