Modern.az

Kürdəmir sakinini maşın vurdu

Kürdəmir sakinini maşın vurdu

Aktual

5 Yanvar 2021, 20:03

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

 

Belə ki, "VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən 41 yaşlı rayon sakini Əliyev Mehman Zeynəddin oğlunu vurub. Nəticədə Mehman Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU