Modern.az

İranda saxlanılan tankerin heyət üzvlərinə cinayət işi açıldı

İranda saxlanılan tankerin heyət üzvlərinə cinayət işi açıldı

5 Yanvar 2021, 21:42

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzində Cənubi Koreyaya məxsus tankeri ətraf mühit qaydalarına riayət etmədiyi üçün saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə SEPAH açıqlama yayıb.

 

Açıqlamada bildirib ki, Səudiyyə Ərəbistanının Cubeyl limanından Fars körfəzinə çıxan gəmi SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb. "Hankuk Çeymi" adlı tankerin 7200 ton kimyəvi neft məhsulları daşıdığı qeyd olunub.

 

Məlumat verilib ki, tankerin ekipaj üzvləri Cənubi Koreya, Vyetnam, İndoneziya və Myanma vətəndaşlarıdır. Tanker saxlanıldıqdan sonra Bəndər-Abbas limanına gətirilib və burada heyət üzvlərinə qarşı cinayət işi açılıb. Saxlanılan şəxslər müvafiq prosedurlardan sonra İranın məhkəmə orqanlarına təhvil veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM