Modern.az

Millimizin futbolçusu evləndi - FOTO

Millimizin futbolçusu evləndi - FOTO

5 Yanvar 2021, 23:57

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və “Sabah” klubunun üzvü Ozan Can Kökçü ailə qurub.

 

Modern.az xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib. Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.

 

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, “Sabah”a isə 2019-cu ildən cəlb olunub. Onun qardaşı Orkun Kökçü Türkiyənin əsas millisində və Niderland “Feyenord”unda forma geyinir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi