Modern.az

İtkin düşən qız tapıldı, Dövlət Komitəsi onu nəzarətə hgötürdü

İtkin düşən qız tapıldı, Dövlət Komitəsi onu nəzarətə hgötürdü

6 Yanvar 2021, 13:34

Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib.

Ləman Şahbazova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb.

Bu barədə Modern.az-a komitədən məlumat verilib.

Məlumatda qeyd edilib ki, kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq, geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapıb.

Fakt dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq, bu səhər “Nur” uşaq evinə yerləşdirilib.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Müvafiq tədbirlər görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!