Modern.az

“Biz heç vaxt məğlubiyyəti tanımayacağıq” - Tramp

“Biz heç vaxt məğlubiyyəti tanımayacağıq” - Tramp

6 Yanvar 2021, 21:24

ABŞ prezidenti Donald Tramp bildirib ki, heç vaxt seçkilərdəki məğlubiyyətini qəbul etməyəcək.

 

Modern.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Vaşinqtonda tərəfdarları qarşısında çıxışında deyib.

 

"Biz heç vaxt təslim olmayacağıq, biz heç vaxt məğlubiyyəti tanımayacağıq", - Vaşinqtonda on minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp deyib.

 

Çərşənbə günü Konqres prezident seçkilərinin nəticələrini təsdiq etməlidir. Rəsmi məlumatlara görə, seçkilərdə Trampın rəqibi, demokrat Co Bayden qalib gəlib.

 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü