Modern.az

Azərbaycanın XİN rəsmisindən Ermənistana CAVAB: Hələ də xəyallardan çıxış edir

Azərbaycanın XİN rəsmisindən Ermənistana CAVAB: Hələ də xəyallardan çıxış edir

7 Yanvar 2021, 16:44

"Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir".

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in nümayəndəsinin şərhi ilə bağlı açıqlamasında deyilir

"Bu isə, o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülh və təhlükəsizlik, rifah şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir. Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır",-L.Abdullayeva əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!