Modern.az

Yoluxma sayının azalması test sayı ilə əlaqədar deyil - TƏBİB

Yoluxma sayının azalması test sayı ilə əlaqədar deyil - TƏBİB

7 Yanvar 2021, 17:38

Ölkədə COVİD-19-a yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil.

 

Modern.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, sərt karantin tədbirlərinin yeni başlandığı günlərdə gündəlik yoluxma sayı 4000, hətta 5000-ə çata biləcək qədər idi:

 

"Bu gün isə gündəlik yoluxma sayı 1000-dən aşağı enib. Yoluxma sayının sağalma sayından az olması, bəzi günlərdə hətta iki dəfəyədək az olması ona gətirib çıxarır ki, xəstəxanalarda yataq yerləri boşalır".

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!