Modern.az

Azərbaycan səfiri etimadnaməsini UNESCO-nun Baş direktoruna təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsini UNESCO-nun Baş direktoruna təqdim etdi - FOTO

7 Yanvar 2021, 20:05

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev etimadnaməsini qurumun Baş direktoru Odre Azuleyə təqdim edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev təşkilatın Parisdəki baş qərargahında UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb.

 

UNESCO-nun Baş direktoru Azərbaycanın təşkilat yanındakı daimi nümayəndəsinin etimadnaməsini qəbul edib.

 

Sonra Azərbaycan-UNESCO arasında ikitərəfli münasibətlər müzakirə olunub. O.Azule Azərbaycan ilə UNESCO arasında uzunmüddətli və məhsuldar əlaqələrin mövcud olduğunu qeyd edərək, ölkəmizin müxtəlif sahələrdə təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib.

Baş direktor bu əməkdaşlığın davamlı olmasını arzu edərək, səfir E.Abdullayevə yeni missiyasında uğurlar diləyib.

 

Azərbaycan-UNESCO əməkdaşlığına toxunan daimi nümayəndə E.Abdullayev təşkilatın bütün üzv dövlətlərlə bərabər səviyyəli münasibətlər qurmasının vacibliyini vurğulayıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!