Modern.az

Ceyhun Bayramov İndoneziyaya başsağlığı verdi

Ceyhun Bayramov İndoneziyaya başsağlığı verdi

9 Yanvar 2021, 21:35

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov özünün tvitter hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib. 

 

Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:

 

"Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqı ilədir".

 

Qeyd edək ki, bu gün İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. 

Rəsmi məlumatlara görə, təyyarənin göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Sərnişinlərdən 46-sının böyük, 7-sinin uşaq, 3-nün isə körpə olduğu bildirilir.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?