Modern.az

Türkiyə şəhid verdi

Türkiyə şəhid verdi

9 Yanvar 2021, 21:57

Türkiyənin Diyarbəkir vilayətinin Liçə rayonunda terrorçularla baş verən atışmada bir hərbçi şəhid olub, daha iki əsgər yaralanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçularla atışma zamanı üç hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin xəsarəti ağır olan jandarmın həyatını xilas etmək mümkün olmayıb.

 

Bölgəyə əlavə hərbi qüvvələr göndərilib. Hazırda terrorçulara qarşı əməliyyat davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?