Roma Papası Fransisk koronavirusa qarşı peyvənd olacağını açıqlayıb.
Modern.az xəbər verir ki, o, bu barədə İtalyanın “TG5” kanalına verdiyi müsahibəsində bildirib.
"Kiminsə peyvəndin təhlükəli olduğu ilə bağlı dediklərini bilmirəm. Əgər həkimlər bunu məsləhət bilib, təhlükəsiz olduğunu deyirsə, o zaman niyə peyvənd olmayım ki? Mən əxlaqi olaraq hər kəsin peyvənd edilməsinə inanıram. Bu etik bir seçimdir və əks halda siz öz həyatınızla deyil, başqalarının da həyatı ilə oynayırsınız”,- deyə Papa qeyd edib.