Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1990-cı il təvəllüdlü Həsənova Mehriban Rafail qızı bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.