Modern.az

Qırğızıstanda növbədənkənar prezident seçkiləri başladı

Qırğızıstanda növbədənkənar prezident seçkiləri başladı

10 Yanvar 2021, 08:58

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

 

Modern.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 8:00-da (Bakı vaxtı ilə 06:00) açılıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikada 3 milyon 563 mindən çox seçici qeydə alınıb. Prezidenti kürsüsü uğrunda 17 namizəd mübarizə aparır.

 

Prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirilir. Vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə sualı cavablandıracaqlar.

 

Seçicilərə 2 bülleten verilir: Prezident seçkiləri üçün bülleten ağ rəngdə, referendum üçün bülleten isə mavi rəngdədir.

 

Qeyd edək ki, əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib. Habelə Baş nazir Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?