Modern.az

Bakıda məktəb binasında yanğın 

Bakıda məktəb binasında yanğın 

10 Yanvar 2021, 09:10

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?