Modern.az

Sabahın havası: Bakıda bulud, rayonlarda yağış

Sabahın havası: Bakıda bulud, rayonlarda yağış

10 Yanvar 2021, 12:12

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 11-də  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir.

 

Gecə və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 1-4, gündüz  7-9, Bakıda gecə 2-4, gündüz  7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,  nisbi rütubət 70-80 faiz olacaq.

 

Yanvarın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-11 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.   

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?