Modern.az

Rusiya daha 182 ermənini Qarabağa QAYTARDI

Rusiya daha 182 ermənini Qarabağa QAYTARDI

Aktual

10 Yanvar 2021, 15:06


Rusiya sülhməramlıları Ermənistan Respublikası ərazisindən Qarabağa istiqamətlənmiş növbəti karvanı müşayiət ediblər.

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdan Ermənistana qaçmış daha 182 nəfər erməni avtobuslarla Yerevandan Xankəndiyə çatdırılıb.


Ümumilikdə bu günə kimi, 48241 erməninin daimi yaşamaq üçün Qarabağa qayıtdığı bildirilir.


“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları ermənilərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, onlara humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər.

Vəziyyətin gecə-gündüz monitorinqi və 23 müşahidə məntəqəsində atəşkəs rejiminə əməl olunmasına nəzarət aparılır”,-deyə məlumatda bildirilir.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?