Modern.az

Bütün ermənilərin katolikosu Putinə təşəkkür etdi

Bütün ermənilərin katolikosu Putinə təşəkkür etdi

Aktual

10 Yanvar 2021, 14:58

Bütün ermənilərin katolikos və patriarxı II Qareginin Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

 

Modern.az Ermənistan mediasına istinadla xəbər verir ki, II Qareginin Putinə bu təşəkkürü müharibəni bitirdiyinə görə bildirib:

 

"Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə müharibəni bitirdiyinə, sülhməramlı və humanitar fəaliyyətə göstərdiyi səylərinə görə minnətdarlığımızı bildiririk. Bu çətin günlərdə xalqımıza və kilsəyə göstərdiyi dəstəyə görə, Moskvanın və bütün Rusiyanın Patriarxına sevgimizi göndəririk. Artsaxda yerləşən sülhməramlı qüvvələrə, vəziyyəti və mövcud problemləri ədalətli şəkildə həll etmək üçün davamlı tədbirlər görən bütün təşkilatlara və şəxslərə təşəkkürümüzü bildiririk".

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?