Modern.az

Qırğız Respublikasında referendum baş tutdu

Qırğız Respublikasında referendum baş tutdu

10 Yanvar 2021, 17:10

Bu gün Qırğız Respublikasında keçirilən referendum artıq baş tutmuş sayılır.

 

Modern.az-ın məlumatına görə, Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası bu gün keçirilən referendumda artıq seçici fəallığının 33 faiz olduğunu açıqlayıb.

 

Qeyd edək ki, bu gün Qırğız Respublikasında növbədənkənar prezident seçkiləri və referendum keçirilir. Referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.

 

Prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq, referendumun baş tutması üçün isə seçici fəallığının 30 faizdən çox olması lazım idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?