Modern.az

Cüdoçularımız “World Masters” turnirinə qatılacaq

Cüdoçularımız “World Masters” turnirinə qatılacaq

10 Yanvar 2021, 23:24

Yanvarın 11-də Qətərin paytaxtı Dohada Azərbaycan cüdoçularının da iştirak edəcəyi “World Masters” turniri start götürəcək.

 

Modern.az xəbər verir ki, “Tokio-2020”yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov və Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

 

Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?