Modern.az

Qazaxıstanda parlament seçkilərinin nəticələri açıqlandı - Exit poll

Qazaxıstanda parlament seçkilərinin nəticələri açıqlandı - Exit poll

10 Yanvar 2021, 23:38

Qazaxıstanın Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilən brifinqdə "exit poll"arın parlament seçkiləri ilə bağlı səsvermə nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, "İctimai rəy" tətqiqat institutunun direktoru Aynur Majitova iqtidarda olan "Nur Otan " partiyasının 71,97 faiz səs topladığını bildirib.

 

Xatırladaq ki, parlament seçkilərində qeydiyyatdan keçmiş 5 siyasi partiya iştirak edir - Xalq Demokratik Vətənpərvərlər Partiyası "Auıl", "Nur Otan" partiyası, "ADAL" siyasi partiyası, Qazaxıstan Demokratik Partiyası "Ak Jol", "Qazaxıstan Xalq Partiyası". Ümumilikdə 5 partiyadan 312 namizəd mübarizə aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?