"Ankarada 4,5 bal gücündə zəlzələ hamımızı narahat etdi. Komandamız hazır vəziyyətdədir. Bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm".
Modern.az xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyə başqanı Mansur Yavaş özünün tvitter hesabında yazıb.
Qeyd edək ki, yanvarın 10-da Bakı vaxtı ilə saat 23:53-də Ankaranın Kalecik rayonunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
AFAD-ın tvitter hesabından verilən açıqlamada Kalecikdə heç bir dağıntı və ya insan itkisi olmadığı bildirilib.
T.İSMAYIL