Modern.az

Azərbaycan diasporu Bodrumdan İlham Əliyevə müraciət etdi

Azərbaycan diasporu Bodrumdan İlham Əliyevə müraciət etdi

7 Avqust 2012, 15:12

Modern.az xəbər verir ki, avqustun 7-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forumun “Azərbaycan diaspor təşkilatlarının insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əməkdaşlığı” mövzusunda IV panel iclası keçirilib. IV panel iclası başa çatdıqdan sonra forumun yekun toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müzakirələrdə fəal iştirak etdiklərinə görə bütün forum iştirakçılarına öz təşəkkürünü bildirib.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətlədirərək, burada səslənən bütün təkliflərin qeydə alındığını, onların hər birinin araşdırılacağını bildirib. Sonra forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə forum iştirakçılarının Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığı öz əksini tapıb. Sənəddə qeyd olunub ki, Azərbaycan diaspor təşkilatları bundan sonra da ölkəmizin milli maraqlarının qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərini əsirgəməyəcəklər.

Toplantının sonunda müzakirələrdə irəli sürülmüş təkliflər əsasında hazırlanmış Forumun yekun sənədi – “Azərbaycan diaspor təşkilatları rəhbərlərinin “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forum işitrakçılarının Birgə bəyanatının layihəsi səsə qoyularaq qəbul edilib. Forum Dünya azərbaycanlı elm xadimlərinin forumunun təşkil edilməsi, “Virtual həftəsonu” məktəbinin fəaliyyəinin təkmilləşdirilməsi, “Avropa Birliyi ölkələrində azərbaycanlıların cəmiyyətə inteqrasiya prosesləri: mövcud təcrübə, problemlər və onların həlli yolları” mövzusunda forumun keçirilməsi, növbəti Rusiya-Azərbaycan İqtisadi Forumunun Ukyanovsk şəhərində keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflərin verilməsini də qərara alıb.



Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi