Modern.az

Samuxda gizli işləyən çayxana aşkarlandı

Samuxda gizli işləyən çayxana aşkarlandı

12 Yanvar 2021, 15:55

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

 

Obyekt sahibi-Bəhruz Həsənov və müştərilər - Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək