Modern.az

Kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi

Kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi

12 Yanvar 2021, 16:06

Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı R.Ələkbərovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

 

İcarədar və müştərilər xüsusi karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək