Modern.az

Dillər universitetində imtahanlar davam edir  

Dillər universitetində imtahanlar davam edir  

12 Yanvar 2021, 17:12

Azərbaycan Dillər Universitetində (ADU) 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

ADU-dan Modern.az-a bildirilib ki, imtahanlar üç növbədə saat 10:00-dan 18:00-ə qədər distant şəkildə keçirilir. Gün ərzində hər üç növbədə təxminən 1500-ə yaxın tələbə onlayn imtahan verir.

 

Yanvarın 11-nə olan statistik nəticələrə görə, hər üç növbədə təşkil olunan imtahanlarda 1482 tələbə onlayn imtahan verib. Kəsilən tələbə olmayıb. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 53 olaraq qeyd olunub.

 

İmtahan sessiyası fevralın 8-dək davam edəcək. 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək