Modern.az

İmamverdi İsmayılov: “Ölkə başçısı Moskva görüşünə qalib kimi qatıldı”

İmamverdi İsmayılov: “Ölkə başçısı Moskva görüşünə qalib kimi qatıldı”

Aktual

12 Yanvar 2021, 18:56

“Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş Azərbaycanın qalib dövlət olaraq gücünü göstərdi. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın ardınca sonrakı addımları birlikdə müzakirə etmək olub”. Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

 

Deputat bildirib ki, görüş zamanı “status” məsələsi masaya qoyulmayıb:

“Bu da onu göstərir ki,  artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur:

“Hesab edirəm ki, bunu birdəfəlik qəbul etmək lazımdır. Münaqişə anlayışı keçmişdə qalıb. Bizim əsas hədəfimiz gələcəyə baxmaq, işğaldan azad etdiyimiz torpaqlara qayıtmaqdır. 30 ilə yaxın idi ki, biz bu günlərin həsrətini çəkirdik. Hətta görüş boyunca Rusiya prezidenti “status” məsələsinə toxunmayıb. Təbii ki, bu da Ermənistanın arzusunun gerçək olmamasına işarədir”.

 

İmamverdi İsmayılov ölkə başçısını qalib kimi qatıldığı üçtərəfli görüşdən qalib kimi ayrıldığını da qeyd edib:

“Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərdi. Həm döyüş meydanında, həm də diplomatiyada Azərbaycan qalib gəldi. Ölkə başçısı Moskva görüşünə də qalib kimi qatıldı. Təbii ki, proseslərin bundan sonrakı inkişafını da bu qələbənin nəticələri müəyyən edəcək”.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər