Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.
Faktla bağlı araşdırma aparılır (report).