Yanvarın 9-da İndoneziyada naməlum şəraitdə qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin “qara qutu”larından biri (FDR) tapılaraq sahilə çıxarılıb.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Nəqliyyat naziri Budi Karya Sumadi yanvarın 12-də təşkil edilən birgə mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, bu, axtarış-xilasetmə əməliyyatına cəlb olunan müvafiq qurumların birgə səyləri nəticəsində mümkün olub:
“Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra da uğurlu olacaq və pilotların kabinəsində yerləşən digər “qara qutu”nu (CVR), həmçinin sərnişinlərin cəsədlərini və təyyarənin digər hissələrini tapmağa kömək edəcək”.