Modern.az

Oğlu itkin düşən erməni maşınını nazirliyin darvazasına çırpdı

Oğlu itkin düşən erməni maşınını nazirliyin darvazasına çırpdı

13 Yanvar 2021, 00:33

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin əməkdaşları itkin düşən hərbçinin atası Q.V.-ni tutublar.

 

Modern.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

 

Bildirilib ki, Kotayk vilayəti sakini Q.V. yanvarın 10-da idarə etdiyi “VAZ-2107” markalı avtomobili Ermənistan Müdafiə Nazirliyi administrasiyasının yerləşdiyi binanın darvazasına qəsdən çırpıb.

 

Ermənistan İstintaq Komitəsi fakt üzrə qanunsuz olaraq hərbi hissə ərazisinə daxil olmaq, xuliqanlıq maddələri üzrə cinayət işi başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək