Modern.az

Paşinyanın ailəsi Moskvada mənzil axtarır

Paşinyanın ailəsi Moskvada mənzil axtarır

Aktual

14 Yanvar 2021, 22:31

"Mediaport" teleqram kanalı Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın iki qızı və mühafizə xidmətinin çoxsaylı əməkdaşlarının müşayiəti ilə Moskva aeroportundan çıxmasına dair videomaterial yayıb.

 

Modern.az-ın “News.am”a istinadən məlumatına görə, daha əvvəl mənbə bildirib ki, Paşinyan ailəsinin üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizli şəkildə Moskvaya gəliblər.

 

Moskvadakı mənbə “News.am”a bildirib ki, baş nazirin ailəsi Rusiya paytaxtına mənzil axtarışları üçün gəlib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək