Modern.az

İtkin düşən zabitimizin şəhid xəbəri gəldi

İtkin düşən zabitimizin şəhid xəbəri gəldi

Aktual

14 Yanvar 2021, 23:05

Vətən müharibəsində itkin düşmüş baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhid zabitimizin yaxınları məlumat verib. 28 yaşlı şəhidimiz bu gün Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Qeyd edək ki, Lənkəran şəhərindən olan Həsanağa Abdullazadə ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi. Evin tək övladı olan şəhid zabitimiz 2019-cu ildə ailə həyatı qurub. O, Vətən müharibəsinə Göygöldə yerləşən N saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Baş leytenant Abdullazadə Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək