Modern.az

ABŞ  “Xiaomi”ni “qara siyahı”ya saldı

ABŞ  “Xiaomi”ni “qara siyahı”ya saldı

Aktual

15 Yanvar 2021, 00:38

ABŞ administrasiyası Çinin doqquz şirkətini, o cümlədən “Xiaomi” smartfonlarının istehsalçısını və “Comac” aviaşirkətini, Amerikanın hərb sahəsi ilə əlaqələri olan sərmayədarları üçün qadağan edilmişlərin siyahısına salıb.

 

Modern.az “Reuters”ə istinadla xəbər verir ki,  Amerika sərmayədarları 11 noyabr 2021-ci ilə qədər “qara siyahı”ya düşmüş Çin firmalarından öz aktivlərini çıxarmalı olacaqlar.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2021-ci ilin 11 yanvarından Amerika vətəndaşlarına və şirkətlərə Çin Xalq Respublikasının hərbi firmalarından qiymətli kağızları almağı qadağan edən fərman imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək