Modern.az

Madrid fəlakət bölgəsi elan oluna bilər

Madrid fəlakət bölgəsi elan oluna bilər

Aktual

15 Yanvar 2021, 01:00

Madrid şəhərinin rəsmiləri qar və çovğun nəticəsində paytaxta bütövlükdə 1,4 milyard avro məbləğində ziyan dəydiyini, buna görə də ölkə rəhbərliyindən şəhəri fəlakət bölgəsi elan etməyi xahiş ediblər.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin başçısı Xose Luis Martinez Almeida mətbuat konfransında çıxış edərkən bildirib.

 

O, hesablamaların Madrid Bələdiyyəsinin iqtisadi fəaliyyətinə, infrastrukturuna və əmlakına dəyən ziyan əsasında aparıldığını bildirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Madrid şəhərinə yağan güclü qar İspaniya paytaxtında həyatı iflic edib.

Güclü qar səbəbindən Madriddə yerləşən Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək