Məşhur “Yeralaş” uşaq yumoristik jurnalının bədii rəhbəri Boris Qraçevski dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə TASS-a onun arvadı Yekaterina Belotserkovskaya bildirib.
72 yaşlı Boris Qraçevski koronavirusdan vəfat edib. O, daha əvvəl COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Boris Qraçevski 18 mart 1949-cu il Moskvada doğulub. O, 1968-ci ildə Kalininqrad Mexaniki Texnikumunu qurtarıb. Maksim Qorki adına Uşaq və gənclər filmlərinin Mərkəzi kinostudiyasında böyük inzibatçı işləyib. 1974-cü ildə dramaturq Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq yumoristik kinojurnalının əsasını qoyub. Qraçevski 1974-1984 illərdə "Yeralaş”ın direktoru, 1984-cü ildən isə bədii rəhbəri olub.