Modern.az

Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin edib

Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin edib

15 Yanvar 2021, 17:22

Vətən müharibəsi iştirakçısı Fuad Cəbrayılov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işlə təmin edilib.

 

Bu barədə Modern.az-a teatrın mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, Fuad Cəbrayılovla teatrda səhnə quraşdırıcısı vəzifəsinə əmək müqaviləsi imzalanıb. 

 

Fuad Cəbrayılov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına əsasən sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. O, avtomobil bölüyündə manqa komandiri vəzifəsində xidmət edib.

 

Vətən müharibəsində döyüş əməliyyatları zamanı arxa cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək