Modern.az

PSJ-nin yeni baş məşqçisi koronavirusa yoluxdu

PSJ-nin yeni baş məşqçisi koronavirusa yoluxdu

15 Yanvar 2021, 23:54

Fransanın PSJ futbol klubunun yeni baş məşqçisi Maurisio Poçettino koronavirusa (COVİD-19) yoluxub.

 

Modern.az-ın məlumatına görə, bu barədə klubdan bildirilib.

 

Məlumata görə, argentinalı mütəxəssisin testi pozitiv çıxıb. Təcrübəli mütəxəssis dərhal karantinə alınıb və müayinəsinə start verilib.

 

Qeyd edək ki, Poçettino PSJ ilə ilk titulunu yanvarın 14-də qazanıb. Paytaxt klubu Fransa Super Kuboku uğrunda görüşdə "Marsel"ə 2:1 hesabı ilə qalib gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək